Dünyamalıyev Elsəvər Zeynal oğlu | |
Dünyamalıyev Elsəvər Zeynal oğlu 1967-ci il Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Keçili kəndində anadan olub. 1985-ci ildə Keçili kənd orta məktəbini bitirib. 1986-88-ci illərdə hərbi xidmətdə olub. 1990-cı ildə BDU-nun kitabxanaçılıq fakultəsinə qəbul olub, 1995-ci ildə həmin universiteti qırmızı diplomla bitirib. 1996-2009-cu illərdə Azərbaycan Dövlət Televiziyasında “Proqram direktorluğ”unda redaktor, böyük redaktor, ”Buraxılış və əlaqələndirmə” şöbəsinin müdiri vəzifələrində çalışıb. 2009-cu ilin iyul ayından etibarən “İdman Azərbaycan” telekanalının direktoru vəzifəsində çalışır. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2011-ci il tarixli sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb. Ailəlidir. İki övladı var. |
|
Xəbər 7442 dəfə oxundu. |
|
|