"Borussiya"da ciddi itki
[17.09.2014]
Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda evdə "Arsenal"a 2:0 hesabı ilə qalib gələn "Borussiya" (Dortmund) klubu ciddi itki ilə üzləşib. Komandanın mərkəz yarımmüdafiəçisi Sebastian Kel zədələnərək, sıradan çıxıb. İlk hissədə dizindən zədə alan alman futbolçu fasilədə əvəzlənib. Təcrübəli futbolçunun nə qədər müddətə sıradan çıxdığı hələlik məlum deyil.

Xəbər 760 dəfə oxundu.