"İstədiyimiz oyunu sərgiləyə bilmədik" - Venger
[17.09.2014]
"Arsenal" klubunun baş məşqçisi Arsen Venger Çempionlar Liqasının qrup mərhələsində məğlub olduqları "Borussiya" (Dortmund) ilə oyunu şərh edib. "Sky Sports"a danışan fransalı mütəxəssis rəqibin qələbəyə layiq olduğunu bildirib:
"Uelbek təhlükəli futbolçudur, ancaq ikinci hissədə o yoruldu. Qol vura bilmədi, amma yaxşı oyun sərgilədi. Uelbek təzyiqi üzərindən atması üçün ilk qolunu vurmalıdır. Komanda olaraq istədiyimiz oyunu göstərə bilmədik. Rəqib qələbəyə layiq oynadı. İkinci hissəyə pis başladıq. Bundan sonra toparlanmaq çətin idi. Qol vurmaq şanslarımız oldu. Lakin rəqib daha çox qol epizodu yaratdı".

Qeyd edək ki, "Arsenal" Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda səfərdə "Borussiya"ya 0:2 hesabı ilə uduzub.

Xəbər 910 dəfə oxundu.