"Barselona" APOEL-ə, "Çelsi" "Şalke"yə qarşı
[17.09.2014]
Bu gün Çempionlar Liqasının qrup mərhələsində ilk turun oyunlarına yekun vurulacaq. İkinci oyun gününə daha 8 qarşılaşma nəzərdə tutulub.
E qrupunda “Bavariya” “Mançester Siti”ni, “Roma” isə Moskva ÇSKA-sını qəbul edəcək.
F qrupunda “Barselona” öz meydanında Kiprin APOEL klubu ilə qarşılaşacaq. Qrupun digər oyununda PSJ “Ayaks”ın qonağı olacaq.
G qrupunda “Çelsi” doğma meydanda “Şalke”ni sınağa çəkəcək. Qrupun digər matçında “Maribor” və “Sportinq” klubları üz-üzə gələcək.

H qrupunda isə “Portu” BATE-ni , “Atletik” (Bilbao) isə Donetsk “Şaxtyor”unu qəbul edəcək.

Xəbər 840 dəfə oxundu.