Braziliya klubunun 21 xalı silindi


16.09.2014]
Braziliya İdman Məhkəməsi (BİM) B seriyasında mübarizə aparan "Amerika Mineyro" klubunu ağır cəzalandırıb. Buna "Amerika Mineyro" klubunun Eduardo adlı futbolçunun transferində qayda pozuntusuna yol verməsi səbəb olub. B Seriyanın digər təmsilçisi "Joinville" klubu Eduardonun "Amerika Mineyro" ilə yanaşı, "Sao Bernardo" və "Portugesa" komandalarında da forma geyindiyi iddiasıyla məhkəməyə müraciət edib. Adı çəkilən futbolçu "Amerika Mineyro" klubunun formasını cəmi bir dəfə geyinib, ancaq Eduardonun adı 3 fərqli oyunun heyətində yer alıb. Bu səbəbdən BİM "Amerika Mineyro"nun 21 xalını silib.

Qeyd edək ki, "Amerika Mineyro" klubunun ağır cəzanın ləğv edilməsi üçün apellyasiya məhkəməsinə şikayət edəcəyi, buradan istənilən nəticəni almayacaqları təqdirdə FİFA müraciət edəcəkləri bildirilir.

Xəbər 891 dəfə oxundu.