"Lokomotiv" (Moskva) klubunun baş məşqçisi Leonid Kuçuk istefaya göndərilib



[16.09.2014]
Klub prezidenti Olqa Smorodski ilə görüşən belaruslu mütəxəssis komandadan ayrılıb.

İstefanın səbəbləri hələlik məlum olmasa da, baş məşqçi ilə rəhbərlik arasında kiçik münaqişənin yarandığı və L.Kuçukun klubun ofisini tərk etdiyi bildirilir.

Qeyd edək ki, ötən mövsümdən "Lokomotiv"də çalışan 55 yaşlı mütəxəssisin komandadan ayrılması yaxın günlərdə rəsmən açıqlanacaq.

Xəbər 950 dəfə oxundu.