«Hamburq» baş məşqçi Mirko Slomkanı istefaya göndərib
«Hamburq» baş məşqçi Mirko Slomkanı istefaya göndərib. Bu barədə bundesliqanın rəsmi saytı məlumat verib.

47 yaşlı mütəxəssisi işdən Hannoverə məğlubiyyətindən sonra azad ediblər. 3 turdan sonra komandanın yalnız 1 xalı var. Maraqlıdır ki, Hamburq 3 ildir ki, ilk 3 turda qələbə qazana bilmir.

Slomka fevralda Hamburqa gətirilmişdi. O , komandanı bundesliqada saxlamağı bacarmışdı. Əlavə edək ki, son 5 il ərzində Hamburqun artıq 5-ci məşqçisi istefaya göndərilir.

Xəbər 758 dəfə oxundu.