Ronaldinyo "meymun"a bənzədildi
Meksikanın "Keretaro" klubuna transfer olunan Braziliya millisinin sabiq hücumçusu Ronaldinyo təqdimat mərasimində irqçi şüarla qarşılaşıb.

Meksikalı siyasətçi Karlos Nunez Manuel Trevino braziliyalı futbolçunu "meymun" adlandırıb.

Trevino "facebook" sosial şəbəkəsindəki səhifəsində belə yazıb: "Tolerantlı davranmağa çalışıram, ancaq futboldan nifrət edirəm. Çünki insanlar küçələrə axışır, yollar bağlanır. Nəticədə mənim evə qayıtmağın 2 saat çəkir. Həm də bütün bunlar bir "meymun" üçün. Braziliyalıdır, amma yenə də "meymun"dur".

Qeyd edək ki, bu paylaşımdan sonra böyük təzyiqlə üzləşən siyasətçi yazdıqlarını silib.

Xəbər 828 dəfə oxundu.