"Mançester Siti"ni təəccübləndirməliyik" - Lam
"Bavariya" klubunun müdafiəçisi Filip Lam Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda qarşılaşacaqları "Mançester Siti" ilə oyun haqda danışıb.

Almaniyalı futbolçu "goal.com"a açıqlamasında komandasının oyunu ilə "Mançester Siti"ni təəccübləndirməli olduğunu bildirib:

"Mançester Siti" yüksək səviyyəli komandadır. Biz evdə oynayacağımız üçün qələbə qazanmalıyıq. Rəqibi oyunumuzla təəccübləndirməliyik. Bunu bacaracağımıza inanıram".

Qeyd edək ki, sentyabrın 17-də keçiriləcək "Bavariya" - "Mançester Siti" oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Xəbər 816 dəfə oxundu.