Azarkeşlər Florentina Peresi istefaya səslədi
Madrid "Real"ının azarkeşləri klubun prezidenti Florentina Peresi istefaya səsləyiblər.

"Real"ın İspaniya La Liqasının 3-cü turunda əzəli rəqibi "Atletiko"ya 1:2 hesabı ilə uduzması azarkeşlərin qəzəbinə səbəb olub.

Oyun ərzində Peresin əleyhinə şüarlar səsləndirən bir qrup fanat matçdan sonra da etirazlarını davam etdiriblər. Azarkeşlər komandanın yeni mövsümə uğursuz start verməsində məhz Peresin günahkar olduğunu düşünürlər.

Qeyd edək ki, "Real" La Liqada geridə qalan üç turdan sonra 3 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

Xəbər 851 dəfə oxundu.