Millimiz Fransaya qalib gəldi
İtaliyanın Jesolo şəhərində təşkil olunmuş dünya çempionatının seçmə oyunlarının ikinci mərhələsində çimərlik futbolu üzrə Azərbaycan milli komandası son oyununu keçirib.

İdman.com.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Fransa yığması ilə qarşılaşan millimiz Sabir Allahquliyev, Asif Zeynalov və Hikmət Bağırovun vurduğu qollar sayəsində 3:1 hesabı ilə qələbə qazanıb.

Xəbər 857 dəfə oxundu.