Almaniya Bundesliqasında 3-cü tura yekun vuruldu
Almaniya Bundesliqasında 3-cü turun oyunlarına yekun vurulub.

Son oyun günündə daha 2 görüş keçirilib.

Səfərdə “Ayntraxt”ın qonağı olan “Auqsburq” 1:0 hesabı ilə qalib gəlib.
“Hannnover” isə öz meydanında “Hamburq”dan üstün olub – 2:0.

Qeyd edək ki, 3-cü turdan sonra turnir cədvəlinə 7 xalla “Bayer” (Leverkuzen) başçılıq edir. Eyni xalla “Bavariya” ilə “Hannover” 2-ci, 3-cü pillələri bölüşür.

14 sentyabr

Almaniya Bundesliqası, 3-cü tur


“Ayntraxt” – “Auqsburq” - 0:1
Qol: Bobadilla, 49 (0:1)

“Hannover” – “Hamburq” - 2:0
Qollar: Andreasen, 13 (1:0), Sobieç, 24 (2:0)


13 sentyabr

“Bavariya” – “Ştuttqart” - 2:0
Qollar: M.Qötze, 27 (1:0), F.Riberi, 85 (2:0)

“Borussiya” (Dortmund) – “Frayburq” - 3:1
Qollar: A.Ramos, 34 (1:0), S.Kaqava, 41 (2:0), P.Aubameyanq, 78 (3:0), Sorq, 90 (3:1)

“Herta” – “Maynz” - 1:3
Qollar: Okazaki, 36 (0:1), Allaqui, 70 (0:2), Roni, 86-pen (1:2), Okazaki, 90+1 (1:3)

“Hoffenhaym” – “Volfburq” - 1:1
Qollar: A.Modeste, 55 (1:0), İ.Oliç, 89 (1:1)

“Paderborn” – “Köln” - 0:0

“Borussiya” (Münhenqladax) – “Şalke” - 4:1
Qollar: Han, 17, 50 (2:0), Çupo-Motinq, 52 (2:1), M.Kruse, 56 (3:1), Rafael, 79 (4:1)



12 sentyabr

“Bayer” (Leverkuzen) - “Verder” – 3:3
Qollar: Jedvay, 17 (1:0), Bartels, 45 (1:1), Santo, 60 (1:2), Çalhanoğlu, 63 (2:2), Son Hunq, 73 (3:2), Prödl, 85 (3:3)

Xəbər 784 dəfə oxundu.