İdman jurnalistləri üçün media avtobusu! - FOTO
Türkiyə İdman Jurnalistləri Dərnəyi (TSYD) idman jurnalistləri üçün xüsusi media avtobusu hazırlayıb. 44 oturacaqlı bu nəqliyyat vasitəsi jurnalistlərin mobil fəaliyyəti üçün nəzərdə tutulub. Belə ki, bütün idman telekanallarına canlı bağlantısı və simsiz interneti olan avtobusda hər bir idman jurnalistinin işləməsi üçün ayrıca monitor quraşdırılıb. Bundan başqa avtobusda səyahət zamanı media işçilərini pulsuz içkilər və sandviçlərlə təmin edən mini-bar da mövcüddur.

TSYD prezidenti və AIPS vitse-prezidenti Esat Yilmaerin ideyası olan bu avtobus Avropa İdman Jurnalistləri İttifaqı (UEPS) tərərfindən maraqla qarşılanıb və digər ölkələrə də bu yenilikdən faydalanmaq məsləhət görülüb.

Bu barədə AİPS-in rəsmi saytında çıxış edən UEPS prezidenti Yannis Daras Türkiyənin bu addımını yüksək qiymətləndirib.

Xəbər 2639 dəfə oxundu.