Elvin Mürsəliyev: İlk görüş ağır olur
«İlk görüşü yaxşı başlamışdım. Sonra istəmədən səhv buraxdım. Bu da mənə baha başa gəldi» Bu açıqlamanı idman.com.az saytına dünya çempionatında gümüş medal qazanmış Elvin Mürsəliyev dedi. Titullu güləşçi bildirdi ki, rəqibi finala irəliləyindən, təsəlli görüşlərdə düşən imkanları lazımınca dəyərləndirib:

«İlk görüş ağır olur. Bəlkə məğlub oldumum rəqimimlə 2-ci və ya 3-cü görüşdə qarşılaşsaydım, qalib gələ bilərdim. Sonrakı tutaşmalarda açıldım və qələbələri sıraladım. Həlledici, 3-cu yer uğrunda görüş gərgin keçdi. Gürcü idmançı gənc idi. Bəzi titulları var. Təcrübəm sayəsində ona qalib gəldim. Bir də, ilk dəfə rəsmən dünya çempionatında iştirak edirdim. İlk fürsəti lazımınca dəyərləndirməyimə sevinirəm.

Elvin Mürsəliyev gələcək planlarından da danışdı. Bildirdi ki, Bakı-2015-də fəxri kürsünün ən yüksək pilləsini hədəfləyib:

«Qarşıdakı plan gələn ilk Bakıda keçirələcək 1-ci Avropa oyunlarında uğurun davamı gətirmək. Səylərimi artırıb, həmin mötəbər yarışda qızıl medalı qazanmaq niyyətindəyəm».

Kamran HACI

Xəbər 2037 dəfə oxundu.