Saman Təhməsabi: Finalda səhv güləşdim
Özbəkistan paytaxtında keçirilən dünya çempionatında 2-ci yer tutan Saman Təhmasibi, bu yarışda gümüş medallarının sayını 2-yə çatardırdı. Ötən il, Budapeşt sınağından fərqli, Daşkənddə titullu güləşçi zirvəyə yaxın idi. Amma idman.com.az saytına bildirdiyinə görə, düzgün taktika seçməməsi, sonda arzusunu gələcək yarışlara saxlayıb.

Sitat: «Səhv güləşdim. Fransalı güləşçi bundan istifadə edib, ilk hissədə 2 xal aldı. Növbəti yarıda hücuma keçdim. Belədə, rəqibim müdafiədə çox bağlandı. «Parter»də sağdan işlədiyimi bilirdi. Hələ heçnə bitməyib. Qarşıda böyük hədəflərim var. Daha yaxşı hazırlaşıb, 1-ci Avropa oyunlarında böyük uğur qazanmaq istəyirəm. Sonra bütünlüklə Rio olimpiadasına köklənəcəyəm».

Kamran HACI

Xəbər 995 dəfə oxundu.