Maluda "Trabzonspor"u "Metz"ə dəyişdi
"Trabzonspor"la yollarını ayıran Floren Maludanın yeni komandası bəlli olub.

34 yaşlı futbolçu karyerasını Fransa Liqasında davam etdirəcək.

Trabzon təmsilçisi ilə müqaviləsini qarşılıqlı şəkildə ləğv edən fransız futbolçu "Metz"lə 1+1 sistemi üzrə müqavilə imzalayıb.

Qeyd edək ki, karyerasına "Şatoru" klubunda başlayan Maluda sonrakı illərdə "Qenqam", "Lion", "Çelsi" və "Trabzonspor" klublarının şərəfini qoruyub.

Xəbər 839 dəfə oxundu.