Bentu Portuqaliya millisindən getdi
Portuqaliya Futbol Federasiyası milli komandanın baş məşqçisi Paulo Bentu ilə yolları ayırıb.

Təcrübəli mütəxəssislə müqavilənin müddəti qarşılıqlı razılaşma ilə ləğv olunub. Yeni baş məşqçinin adının qısa müddət ərzində açıqlanacağı bildirilib.

Qeyd edək ki, Portuqaliya millisi "Avro-2016"nın seçmə mərhələsinin ilk oyununda Albaniyaya məğlub olub.

Xatırladaq ki, P.Bentu 2010-ci ildən Portuqaliya millisində işləyib.

Xəbər 1004 dəfə oxundu.