Dieqo Kosta avqustun ən yaxşı futbolçusu oldu
"Çelsi"nin yeni transferi Dieqo Kosta İngiltərədə ilk mükafatını qazanıb.

25 yaşlı hücumçu İngiltərə Premyer Liqasında avqust ayının ən yaxşı futbolçusu seçilib.

D.Kosta bu uğuru komanda yoldaşlarının köməyi ilə qazandığını deyib: "Ötən ayın ən yaxşı futbolçusu seçildiyim üçün çox xoşbəxtəm".

Qeyd edək ki, D.Kosta ötən ay oynadığı üç matçda dörd qol vurub.

Xəbər 808 dəfə oxundu.