“Qarabağ” üçün Konoplyanka
Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Dnepr”in lidelərindən olan Yevgeni Konoplyanka uzun müddətli fasilədən sonra yenidən komandasının heyətində oyuna çıxıb.

O, iki gün əvvəl “Kolos”a qarşı keçirilən yoxlama matçında (6:1) ikinci hissəsinin ortalarında oyuna daxil olub. “Dnepr”in saytı bildirib ki, meydanda az olmasına baxmayaraq, bu faktın özü belə Ukrayna millisinin də əsas fiqurlarından olan Konoplyankanın zədəsinin sağalması prosesində inkişafın getdiyini göstərir.

Qeyd edək ki, həkimlərin proqnozuna görə, bu gedişlə Konoplyanka Avropa Liqasının matçlarına, xüsusilə oktyabrın 23-ü “Qarabağ”a qarşı Kiyevdə keçiriləcək ilk görüşə qədər tam hazır olacaq.

Xəbər 765 dəfə oxundu.