Portuqaliya millisinin yeni baş məşqçisi kim olacaq?
Portuqaliya millisində yeni məşqçi vəzifəsinə əsas namizədlər müəyyənləşib.

Portuqaliya mətubatı birinci namizədin Yunanıstan millisinin sabiq çalışdırıcısı Fernandu Santuş olduğunu yazıb. Digər namizədin isə hazırda işsiz olan Viktor Pereyra olduğu iddia edilib.

Qeyd edək ki, Portuqaliya Futbol Federasiyası dünən Paulo Bentu ilə müqaviləni qarşılıqlı razılaşma ilə ləğv edib.

Xəbər 759 dəfə oxundu.