2 qrossmeysterimizə İspaniyadan dəvət gəldi

Dekabrın 23-31-də İspaniyanın Saraqosa şəhərində şahmat üzrə “Open Agusta Aragon Stadium Casablanca” turnirini keçiriləcək. 8 min avro mükafat fondu olan yarışda Azərbaycanı Azər Mirzəyev (2510) və Bəhruz Rzayev (2313) təmsil edəcəklər. Yarışın reytinq-favoriti bolqarıstanlı Kiril Georgiyevdir (2666). Qalib 9 turun yekununa əsasən müəyyənləşəcək.

Xəbər 980 dəfə oxundu.