"Daha siyasətlə maraqlanmıram" - Şevçenko
Ukrayna futbolunun canlı əfsanəsi Andrey Şevçenko maraqlı fikirləri ilə diqqət çəkib.

Ölkəsinin mətbuatına danışan Şevçenko artıq siyasətlə maraqlanmadığını və yaxın gələcəkdə məşqçi işləmək istədiyini bildirib:

"Artıq siyasətlə maraqlanmıram. Bu barədə danışmaq belə istəmirəm. Məşqçi işləmək qərarına gəldim. Lakin hələ ki, kurslara gedirəm. Bu, 2015-ci ilin yazına qədər davam edəcək. Daha sonra Nyonda təcrübə keçəcəm".

Xəbər 746 dəfə oxundu.