Türklər “Çelsi”yə sponsor olmaq istəyir
“Türk Hava Yolları” ilə 22 milyon avroluq təkliflə “Çelsi”yə müraciət edib
“Samsung” ilə forma sponsorluğu başa çatmaq üzrə olan “Çelsi”yə dünyanın nüfuzlu türk şirkətlərindən biri sponsorluq təklif edib.

Bu barədə məlumat İngiltərənin “Daily Mail” qəzetində yayılıb.

Məlumata görə, 2005-ci ildən bəri forma sponsorluğu üçün “Samsung”la əməkdaşlıq edən “Çelsi” 2013-cü ildə müqavilənin vaxtını uzatsa da müddəti qısa saxlayıb.

Müqavilə müddətinin az olduğunu bilən “Türk Hava Yolları” (THY) isə 22 milyon avroluq təkliflə “Çelsi”yə müraciət edib. Komanda rədmiləri bu təklifdən sonra koreyalı sponsorla danışıqlara başlayıb.

Bundan əvvəl isə “Çelsi” “Adidas” firması ilə 10 il müddətə 360 milyon avroluq müqavilə bağlamışdı.

Xəbər 854 dəfə oxundu.