Millimizin rəqibində növbəti ciddi itki
Millimizin "Avro-2016"nın seçmə mərhələsindəki rəqibi İtaliya millisində daha bir futbolçu zədələnib.

Dünən gecə "Avro-2016"nın seçmə mərhələsində Norveçlə matçda Çiro İmmobile ayağından problem yaşayıb. Zədəsinin ciddi olduğu müəyyənləşən 24 yaşlı hücumçunun uzun müddət yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Qeyd edək ki, bundan əvvəl İtaliya millisində Corcio Kyellini və Cüzeppe Rossi zədələnib.

Xəbər 912 dəfə oxundu.