Xetaq Qazyumov: Çempionu muzakirə etmirlər
Özbəkistan paytaxtı Daşkənddə güləşçilər arasında dünya çempionatı davam edir. İdman.com.az saytı xəbər verir ki, bu gün «sərbəstlər»in çıxışına yekun vuruldu. Gərgin mübarizədə 97 kq-da Xetaq Qazyumov rusiyalı rəqibi Abdulsalam Qədisova uduzaraq, gümüş medal qazandı. Qarşılaşmadan sonra titullu bahadır Daşkəndə ezam olunmuş əməkdaşımıha açıqlama verdi. Daim təvazökar olan Xetaq bu dəfə də ənənəsinə sadiq qaldı:

«Qalib, hakim kimin əlini qaldırdı, o da qalib oldu. Bərabər görüş oldu. Rəqibin məni cərimə xalı hesabına qalib gəldi. Sonadək istədiyim kimi güləşə bilmədim. Bununçün daha çox çalışmaq lazımdır. Xüsüsi yanaşmada daha diqqətli olmalıyam. Rəqibimə hörmərlə yanaşıram. Onun qələbəsinə kölgə salmıram. Abdulsalam güclü idmançıdır. Çempionu muzakirə etmirlər».

Kamran HACI, Daşkənd

Xəbər 3493 dəfə oxundu.