"40 oyunluq cəzalanmalıyam" - İbrahimoviç
"Avro-2016"nın seçmə mərhələsində dünən Avstriya ilə oyunda rəqib futbolçu David Alabaya dirsəyi ilə zərbə endirən İsveç millisinin hücumçusu Zlatan İbrahimoviç etdiyi hərəkətlə bağlı açıqlama verib.

Təcrübəli futbolçu cəzalanmalı olduğunu qeyd edib.

"Bu hərəkətimə görə 40 oyunluq cəzalanmalıyam" - deyə İbrahimoviç bildirib.

Qeyd edək ki, Avstriya - İsveç matçı 1:1 hesabı ilə yekunlaşıb.

Xəbər 772 dəfə oxundu.