Messi sağalır
"Barselona"nın futbolçusu Lionel Messinin zədəsi sağalmaq üzrədir.

Argentinalı hücumçunun İspaniya La Liqasında şənbə günü oynanılacaq "Atletik"lə (Bilbao) matça qədər tam hazır olacağı bildirilib. "Barsa"nın baş məşqçisi Luis Enrikenin Messiyə sözügedən qarşılaşmada şans verəcəyi gözlənilir.

Qeyd edək ki, Messi La Liqada "Vilyareal"la oyunda zədələnib.

Xəbər 851 dəfə oxundu.