Lövə yeni köməkçi təyin olundu
Almaniya millisinin baş məşqçisi Yoahim Lövün yeni köməkçisi müəyyənləşib.

Bu, ötən mövsüm "Ştutqart"ı çalışdıran Tomas Şneyderdir. 42 yaşlı mütəxəssislə iki illik müqavilə imzalandığı bildirilib. Onun "Avro-2016" başa çatana qədər millidə işləyəcəyi açıqlanıb.

Qeyd edək ki, bundan əvvəl Hans-Diter Filk Lövün əsas köməkçisi olub. O, sentyabrın 1-dən idman direktoru vəzifəsinə təyin edilib.

Xəbər 768 dəfə oxundu.