İlk gündə Həmzəyeva sevindirdi
Türkiyənin İstanbul şəhərində Əhməd Comərdin xatirəsinə həsr olunmuş ənənəvi boks turnirinə start verilib. Yarışın ilk günündə rinqə çıxan boksçularımızdan yalnız Məhsəti Həmzəyeva (57 kq) inamlı qələbə qazanıb. Milli komandamızın üzvü Türkiyə idmançısı Aybukə Kırcaslanı cəmi 10 saniyəyə nokauta salıb. Ancaq Əzizə Abbasova (48 kq), Nisə Mehdiyeva (54 kq) və Leyla Həsənova (75 kq) komanda yoldaşının uğurunu davam etdirə bilməyiblər. Həsənova və Abbasova İsveç, Mehdiyeva isə Bolqarıstan təmsilçisinə məğlub olub. Kişilərin yarışında ölkəmizi təmsil edən “Gilan” klubunun üzvlərindən Pərviz Hüseynov (69 kq) Türkiyə boksçusu İsgəndər Can Varlığa, Eldar Quliyev isə (75 kq) Hollandiya nümayəndəsi Dan Veledesə uduzub. Bu gün qadın boksçularımızdan Anaxanım Ağayeva (51 kq) Aleksandra Kuleşovayla (Rusiya), Məhsəti Həmzəyeva (57 kq) Batı Burcuyla (Türkiyə), Məryəm Cəbrayılova (64 kq) Kamilla Elganla (Norveç), Leyla Cavadova (75 kq) isə Nouçka Fontunla (Hollandiya) üz-üzə gələcək.

Xəbər 809 dəfə oxundu.