DÇ-2014: Həmzət Osmanov 5-ci oldu / FOTO
8-14 sentyabr 2014-cü il tarixdə Özbəkistanın paytaxtı Daşkənd şəhərində böyüklər arasında güləş üzrə Dünya çempionatı keçirilir.

Çempionatın ilk günündə 57, 70, 86 və 125 kq çəki dərəcəsində sərbəst güləşçilər mübarizə aparıb.

86 kq çəki dərəcəsində təmsilçimiz Həmzət Osmanov mübarizəyə irlandiyalı Aleksandr Dollini məğlub edərək başlayıb. Ardınca 2012-ci il London Olimpiya Oyunlarının gümüş mükafatçısı Puerto Riko təmsilçisi Jeym Espinalı və Rumıniya güləşçisi Georgita Stefanı mübarizədən kənarlaşdırıb. Yarımfinalda Kuba idmançısı Perez Salasa minimal hesabla uduzan güləşçimiz bürünc medal şansını saxlayıb. İran güləşçisi Mohammadhossein Mohammadian ilə həlledici görüşdə hesabda öndə olmasına baxmayaraq yekunda məğlub olan təmsilçimiz dünya çempionatını 5-ci sırada tamamlayıb.

57 kq
1/16 final - Əhmədnəbi Qvarzatilov - Aleksandru Çirtoaca (MDA) 8:2
1/8 final - Əhmədnəbi Qvarzatilov - Vladimir Xinçeqaşvili 2:8
Təsəlliverici görüş - Quispre (CHİ) - Əhmədnəbi Qvarzatilov 0:11
Təsəlliverici görüş - Əhmədnəbi Qvarzatilov - Andreyev (BLR) 0:6

70 kq
1/8 final - Ruslan Dibirhacıyev - Yevgeni Nedealco (MDA) 6:4
1/4 final - Zəlimxan Yusupov (TJK) - Ruslan Dibirhacıyev 3:0

86 kq
1/16 final - Aleksandr Dolli (İRL) - Həmzət Osmanov 0:6
1/8 final - Jeym Espinal (PUR) - Həmzət Osmanov 3:4
1/4 final - Həmzət Osmanov - Georgita Stefan (ROU) 10:0
1/2 final - Həmzət Osmanov - Perez Salas (CUB) 0:1
Bürünc medal görüşü - Mohammadhossein Mohammadian(İRİ) - Həmzət Osmanov 11:2

125 kq
1/16 final - Aslan Dzebişov - Ayaal Lazerev (KGZ) 4:1
1/8 final - Taha Akgül (TUR) - Aslan Dzebişov 4:0
Təsəlliverici görüş - Riçard Csercsics (HUN) - Aslan Dzebişov - 2:6
Təsəlliverici görüş - Aslan Dzebişov - Tervel Dlagnev (USA) 1:3

Xəbər 921 dəfə oxundu.