“Tour of China”da 2-ci hissə başladı
Çində Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Tour of China” veloyürüşünün 2-ci bölümünə start verilib. 1-ci bölümdə inamlı təsir bağışlayan “Synergy Baku” komandasının bütün üzvləri 130 km məsafəyə mübarizədə eyni nəticəyə imza atıblar.

Belə ki, velosipedçilərimizdən Aleksandr Surutkoviç, ilk yarışın ümumi sıralanmasında 6-cı olan Metyu Bremmier, Mixael Şvayzer, Elçin Əsədov və Markus Eybeger finişi liderlə eyni anda keçən pelotunun içərisində olublar – 2 saat, 37 dəqiqə, 57 saniyə. Xatırladaq ki, “Tour of China”nın 2-ci bölümündə 22 pro-kontinental və kontinental komanda mübarizə aparır.

Bü gün keçiriləcək 2-ci mərhələdə iştirakçılar 140 km məsafə qət edəcəklər. Qeyd edək ki, şüarı "Davamlı gələcəyə doğru" olan "Synergy Group" ASC Azərbaycanın ilk peşəkar velokomandası "Synergy Baku Cycling Project"in baş sponsorudur.

Xəbər 689 dəfə oxundu.