Bertuççi "Neftçi"nin düşərgəsində
"Neftçi”in futbolçusu Bruno Bertuççi Bakıya qayıdıb.

Müalicə olunmaq üçün bir müddət əvvəl Braziliyaya yollanan müdafiəçi komandasının düşərgəsinə qoşulub.

O, hazırkı durumu ilə bağlı klubun rəsmi saytına danışıb: "Braziliyada olduğum müddətdə müalicəmin əsas mərhələsini geridə qoydum. Həkimlərin rəyinə görə, artıq məşqlərə başlaya bilərəm. Bu gün komanda ilə birgə hazırlığa qatılacam. Çalışıram ki, əvvəlki formamı mümkün qədər tez bərpa edim. Qarşıda bizi çətin oyunlar gözləyir. Buna görə də hər matça tam hazır vəziyyətdə çıxmalıyıq”.

Xəbər 765 dəfə oxundu.