Azərbaycan - Bolqarıstan matçı canlı yayımda
"Avro-2016"nın seçmə mərhələsi çərçivəsində bu gün 8-ci km qəsəbə stadionunda keçiriləcək Azərbaycan - Bolqarıstan oyunu canlı yayımlanacaq.

İdman.com.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, azarkeşlər görüşü İctimai televiziya vasitəsi ilə canlı izləyə biləcək.

Qeyd edək ki, Azərbaycan – Bolqarıstan oyunu saat 21:00-da başlayacaq.

Xəbər 940 dəfə oxundu.