Millimiz növbəti mərhələyə yüksəldi
İtaliyanın Jesolo şəhərində təşkil olunmuş dünya çempionatının seçmə mərhələsində çimərlik futbolu üzrə Azərbaycan milli komandası növbəti mərhələyə vəsiqə qazanıb.

İdman.com.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, ötən gün Bolqarıstan yığması ilə qarşılaşan millimiz 3:2 hesabı ilə qalib gələrək qrupda ikinci yeri tutub.

Futbolçularımızdan Hikmət Bağırov, Sabir Allahquliyev və Amid Nəzərov fərqlənib.

Xatırladaq ki, millimiz seçmə mərhələnin ilk oyununda Çexiya yığmasını 4:1 hesabı ilə məğlub etmiş, növbəti qarşılaşmada isə İspaniya komandasına 3:5 hesabı ilə uduzmuşdu.

Seçmə mərhələdə millimizin növbəti rəqibləri İngiltərə yığması və İsveçrə - Fransa oyunun qalibi olacaq.

Xəbər 903 dəfə oxundu.