"40 yaşımadək futbol oynamaq istəyirəm" - van Persi
Hollandiya millisinin və "Mançester Yunayted" klubunun hücumçusu Robin van Persi gələcək karyerası haqda danışıb.

Təcrübəli oyunçu "goal.com"a açıqlamasında 40 yaşınadək futbol oynamaq istədiyini bildirib:

"DÇ-2018"də oynamaq üçün əlimdən gələn hər şeyi edəcəm. Hazırda sakit və rahat həyat tərzi keçirirəm və bu da mənim uzun müddət futbolda qalmağıma yardımçı olacaq. Hazırda 31 yaşım var və mən daha 9 il oynamaq istəyirəm. Aydın məsələdir ki, 40 yaşında yüksək səviyyəli komandada oynamaq çətindir. Ancaq əsas məqsədim 40 yaşınadək futbol oynamaqdır".

Xəbər 758 dəfə oxundu.