Vüqar Həşimovun xatirəsinə həsr olunmuş Şahmat turmiri keçirilib
Sentyabrın 5-də Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binasında Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının birgə təşkilatçılığı ilə rayonun fəal gənci Səlcuq Müzəffərlinin “Sağlam gənclik, sağlam cəmiyyət” lahiyəsi çərçivəsində növbəti idman tədbiri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş Şahmat turmiri keçirilib.

Yarışın hakimi Binəqədi rayon sakini, FİDE ustası Pərvanə İsmayılova iştirakçılara turnirin keçirilmə qaydalarını izah etdikdən sonra turnirə start verilib.

Yarışın nəticələrinə əsasən Kamran Qurbanlı birinciyə, Zəhra İsmayılova ikinciyə, Mahmud Məmmədzadə üçüncüyə yerə layiq görülüblər.

Sonda qaliblər diplom və xatirə hədiyyələri ilə təltif olunublar.

Xəbər 919 dəfə oxundu.