Pirlo millimizə qarşı oynaya bilər
Andre Pirlo yenidən İtaliya millisində oynayacaq.

Təcrübəli futbolçu milli komandanın yeni baş məşqçisi Antonio Konte ilə görüşdən sonra ölkənin əsas komandasında oynamağı davam etdirməyə qərar verib.

İtaliyanın Hollandiya millisi ilə yoldaşlıq oyununu izlədiyini də bildirən 35 yaşlı yarımmüdafiəçi A.Konte ilə uğurlar qazanacaqlarına inandığını bildirib.

Xatırladaq ki, A.Pirlo DÇ-2014-dən sonra millidəki karyerasını başa vurduğunu açıqlamışdı.

Qeyd edək ki, İtaliya millisi "Avro-2016"nın qrup mərhələsində oktyabrın 10-u millimizlə qarşılaşacaq. A.Pirlonun millimizə qarşı oynayacağı istisna deyil.

Xəbər 769 dəfə oxundu.