İlkay Gündoğan qayıtdı – 13 aydan sonra
"Borussiya"nın futbolçusu İlkay Gündoğan uzun müddətdən sonra yaşıl meydanlara qayıdıb.

Türkəsilli alman yarımmüdafiəçi Dortmund təmsilçisinin U-23 komandası ilə yoldaşlıq matçınında 35 dəqiqə meydanda olub.

Qeyd edək ki, qarşılaşma "Borussiya"nın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, İ.Gündoğan son olaraq ötən ilin avqustunda Almaniya bundesliqasında "Aysburq"la matçda iştirak edib. Bu görüşdə belindən zədələnən futbolçu uzun müddət idi ki, oynamırdı.

Xəbər 774 dəfə oxundu.