Zidandan uğursuz start
Zinəddin Zidanın baş məşqçi karyerasının ilk oyunları uğursuz alınıb.

Fransalı mütəxəssisin çalışdırdığı "Real"ın ikinci komandası "Kastilya" İspaniya ikinci divizionunda oynadığı hər üç matçda da uduzub.

İlk oyunda "Atletiko"ya 1:2 hesabı ilə uduzan Zidanın komandası "Qetafe" və "Fuenlabrada" ilə görüşlərdə də meydanı xalsız tərk edib.

Komandanın bu uğursuz çıxışına görə Zinəddin Zidanın istefaya göndəriləcəyi iddia edilir.

Xəbər 774 dəfə oxundu.