"Avro-2016"nın ilk pokeri
"Avro-2016"nın seçmə mərhələsində ilk pokerin sahibi müəyyənləşib.

Polşa millisinin hücumçusu Robert Levandovski Cəbəli-Tariqlə matçda dörd qol vurub. O, qarşılaşmanın 50, 53, 86, 90+2-ci dəqiqələrində fərqlənib.

Qeyd edək ki, Cəbəli-Tariq - Polşa oyunu ikincilərin 7:0 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər 789 dəfə oxundu.