"Neftçi"də uğurların davamını gətirəcəyik"
“Neftçi”nin vitse-prezidenti vəzifəsi səlahiyyətlərini müvəqqəti icra edən Mübariz Xudiyev ilk açıqlamasını verib.

Klubun rəsmi saytına danışan M.Xudiyev komandanın uğurların davamını gətirəcəyinə inandığını bildirib: “Neftçi” Azərbaycan futbolunun ən köklü, eyni zamanda ən titullu klubudur. Komandamız son 4 mövsümdə 3 dəfə çempion olub və 2 dəfə ölkə kubokunu qazanıb.

Bu müddətdə “Neftçi” Avropa Liqasının qrup mərhələsində çıxış edib və bu mövsüm də pley-off mərhələsində mübarizə aparıb. Bu nailiyyətləri başda klub prezidenti olmaqla komanda şəklində əldə etmişik. Fəaliyyətim müddətində heç zaman komandamızın uğurları üçün əlimdən gələni əsirgəməmişəm. Çalışacağam ki, bundan sonrakı fəaliyyətimdə də üzərimə düşən vəzifənin öhdəsindən layiqincə gəlim. İnanıram ki, gələcəkdə də bu uğurlarımızın davamını gətirəcəyik”.

Xəbər 835 dəfə oxundu.