Antverp şəhərində Avropa Xüsusi Yay Oyunları keçiriləcək
2014-cü il 09-21 sentyabr tarixli müddətində Belçikanın Antverp şəhərində Avropa Xüsusi Yay Oyunları keçiriləcəkdir. Bu mötəbər yarışlarda atletika, badminton, basketbol, cüdo, stolüstü tennis, üzgüçülk idman növləri üzrə 42 nəfərdən ibarət Azərbaycan Xüsusi Olimpiya Komitəsinin nümayəndə heyəti də iştirak edəcəkdir.

Belçika iqliminə uyğunlaşmaq məqsədilə nümayəndə heyətimiz 09-12 sentyabr tarixlərində Lomel şəhər meriyasının qonağı olacaqdır. Bu tədbirdə Lomel şəhərinin Türk İcması və Azərbaycanın Belçikadakı Səfirliyinin əməkdaşları da yaxından iştirak edəcəkdir. Sentyabrın 12-də Azərbaycan Respublikasının Gənclər və İdman Naziri hörmətli Azad Rəhimovun iştirakı ilə Lomel şəhərində Azərbaycan günləri keçiriləcəkdir.

Sentyabrın 13-ü Belçikanın paytaxtı Brüssel şəhərində Avropa Xüsusi Yay Oyunlarının rəsmi açılış mərasimi keçiriləcəkdir. Rəsmi açılış mərasimində Gənclər və İdman Naziri hörmətli Azad Rəhimov da iştirak edəcəkdir.

Sentyabrın 14-də Oyunların keçirilməsinə start veriləcəkdir. Oyunlarda 10 idman növü üzrə (atletika, badminton, boççe, cüdo, üzgüçülük, ğimnastika, futbol, velosport, tennis, UNİFİED basketbol) 58 Avropa ölkəsindən 2000 atlet, 1000 məşqçi-müəllim iştirak edəcək və 300 hakim və hakim köməkçisi, eyni zamanda 7000 könüllü və 300 tibb işçisi Oyunlarda xidmət göstərəcəkdir.

AZƏRBAYCAN XÜSUSİ OLİMPİYA

KOMİTƏSI

Xəbər 931 dəfə oxundu.