Dünya çempionatının ilk günündə üç medal
Azərbaycan Milli Paralimpiya komitəsinin cüdo üzrə milli komandası ABŞ-ın Kolorado Sprinqs şəhərində keçirilən Dünya çempionatının ilk günündə üç medal qazandılar.

Ramin Qasımov (73 kq), Bayram Mustafayev (66 kq) hər ikisi qızıl və qadınlar arasında Səbinə Abdullayeva (57 kq) gümüş medala sahib oldular.

2016-cı ildə Braziliyanın Rio De Janeyro şəhərində keçiriləcək XV-ci yay paralimpiya oyunlarında iştirak üçün paralimpiyaçı cüdoçularımız Ramin Qasımov və Bayram Mustafayev birbaşa lisenziya qazanmış oldular.

Çıxışlar davam edir

Xəbər 1223 dəfə oxundu.