İbrahimoviç İsveç millisinin tarixinə düşdü
PSJ klubunun hücumçusu Zlatan İbrahimoviç şərəfini qoruduğu İsveç millisinin tarixinə düşüb.

Estoniya ilə yoldaşlıq görüşündə dubl edən futbolçu İsveç millisinin tarixində ən çox qol vuran futbolçu olub.

Matçın 3 və 24-cü dəqiqələrində yığmadakı 49 və 50-ci qollarını vuran İbrahimoviç millinin sabiq futbolçusu Sven Ryudeli gedirə qoyub. Ryudel 1923-1932-ci illər ərzində vurduğu 49 qolla siyahıya başçılıq edirdi.

Qeyd edək ki, hazırda davam edən İsveç - Estoniya matçında meydan sahiblərinin 2:0 hesablı üstünlüyü davam edir.

Xəbər 797 dəfə oxundu.