Millimizin rəqibi İngiltərəyə məğlub oldu
Bu gün dünyanın yaşıl meydanlarında bir sıra yoldaşlıq oyunları keçirilib.

Milli komandamızın "Avro-2016"nın seçmə mərhələsində rəqiblərindən olan Norveç yığması də yoxlama oyununda qüvvəsini sınayıb.

Skandinaviyalılar səfərdə İngiltərə millisi ilə qarşılaşıb. Ueyn Runinin matçın 68-ci dəqiqəsində penaltidən vurduğu qol ingilislərə minimal hesablı qələbə qazandırıb - 1:0.

3 sentyabr

Yoxlama oyunu

00:00. İngiltərə - Norveç - 1:0
Qol: Runi, 68-pen (1:0)

Xəbər 826 dəfə oxundu.