Flavinyo üçün əlamətdar oyun
Azərbaycan Premyer Liqasının IV turu “Neftçi”nin futbolçusu Flavinyo üçün yubileylə əlamətdar olub.

İdman.com.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görəb braziliyalı yarımmüdafiəçi paytaxt təmsilçisinin heyətində 150-ci oyununu keçirib. “Simurq”la qarşılaşmayadək 149 görüşə çıxan legioner kapitanı olduğu komandanın 2:1 hesablı qələbəsinə şahid olub.

Ötən mövsüm 100-cü çempionat matçını keçirən Flavinyo ölkə kuboku,avrokuboklar və Superkubokla birlikdə növbəti yubileyini qeyd edib. “Neftçi”nin hazırki heyətində bu göstəricidə 1-ci olan braziliyalı bu qarşılaşmalarda 36 dəfə fərqlənib.

Xəbər 912 dəfə oxundu.