"Xəzər Lənkəran" Mbilla ilə yolları ayırdı
Xəzər Lənkəran" Mbilla Etame ilə müqaviləyə rəsmən xitam verib.

Kamerunlu hücumçu ilə müqavilə qarşılıqlı razılaşma ilə ləğv edilib.

Bir il öncə komandaya qoşulan Etame klubun heyətində 41 oyunda meydana çıxaraq, 15 qol imza atıb.

Həmçinin, şəxsi problemləri səbəbindən uzun müddətdir komandanın düşərgəsində olmayan Sadio Tounkara komandaya qoşulub və fərdi şəkildə intensiv məşq edir.

Xəbər 787 dəfə oxundu.