Tələbələrimiz 5 bürünc medal qazandılar
Rusiyanın paytaxtı Moskvada boks üzrə tələbələr arasında Avropa çempionatına yekun vurulub. Yarışa 7 boksçu ilə yollanmış milli komandamız 5 bürünc medala sahib olub. Kamran Məlikov (52 kq), Şaban Şahpələngov (56 kq), Elnur Zeynalov (64 kq), Rauf Rəhimov (81 kq) və Fərid Paşayev (91+kq) Avropa çempionatını 3-cü yerdə başa vurublar. Tələbələr arasında yarışda 18 ölkənin 100-ə yaxın boksçusu mübarizə aparıb. Boksçularımızdan yalnız Salman İbrahimov (60 kq) və Yolçu Zeynalov (75 kq) mükafatçılar sırasına düşə bilməyiblər. Ceyhun Əbiyev yarışda ölkəmizi hakim kimi təmsil edib.

Xəbər 1104 dəfə oxundu.