İspaniya millisi ciddi itki ilə üzləşdi
"Barselona" klubunun yarımmüdafiəçisi Andres İniyesta Fransa və Makedoniya ilə oyunlarda İspaniya millisinə kömək edə bilməyəcək.

Buna səbəb təcrübəli futbolçunun zədəli olmasıdır.

"Vilyareal"la La Liqa matçında (1:0) dizindən zədələnən İniyesta milli komandanın heyətindən kənarlaşdırılıb. İspaniya millisinin baş məşqçisi Visente del Boske İniyestanı başqa futbolçu ilə əvəzləməyi lazım bilməyib.

Qeyd edək ki, ilk öncə Fransa ilə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq ispanlar daha sonra "Avro-2016"nın seçmə mərhələsi çərçivəsində Makedoniya ilə qarşılaşacaq.

Xəbər 798 dəfə oxundu.