Şahmat üzrə Azərbaycan çempionatının seçmə yarışı
20-30 avqust tarixlərdə Aыtara Şahmat ьəktəbində Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının təqvim planına uyğun olaraq və rəhbərliyi, Astara rayon İcra Hakimiyyəti, Astara rayon Gənclər və İdman İdarəsi, Astara Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə şahmat üzrə kişilər və qadınlar arasında Azərbaycan çempionatının seçmə yarışları təşkil olunub.

Yarışda respublikanın 26 şəhər və rayonundan 48 idmançı mübarizə aparıb. I,II, III yerlərə müvafiq olaraq kişilər arasında Elnur Əliyev ( Lənkəran), Zaur Bayramov
( Sumqayıt), Çingiz Rzayev ( Quba); qadınlar arasında Türkan Həsənova ( Şəmkir), Səbinə Quliyeva ( Tovuz), Səhər Hüseynova (Tovuz) layiq görülüblər.

Yarışın baş hakimi Astara Şahmat Məktəbinin direktoru, FİDE-nin hakimi Azər İbrahimov və katibi Cavanşir Bağırov olub.

Qalib və yüksək nəticələr göstərən idmançılara təşkilatçılar tərəfindən fəxri fərman və hədiyyələr təqdim edilib.

Xəbər 1281 dəfə oxundu.